Türkiyəli həkimlər Qurban bayramı öncəsi vətəndaşlara ciddi xəbərdarlıq edib.
NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, həkimlərin açıqlamasına görə, bayram ərzində mütəmadi qırmızı ətdən istifadə ürək fəaliyyətini zəiflədə və yora bilər. Həkimlər sağlam insanın həftə ərzində ortalama 350-500 qram qırmızı ət istifadə etməli olduğunu bildirib.
Əlavə olaraq, içalat və piyli ətdən istifadə isə ümumiyyətlə məsləhət görülmür.