Qurban Məmmədov dövlətimizi təhqir edən Lapşindən üzr istədi – SƏBƏBİbackend

Qurban Məmmədov dövlətimizi təhqir edən Lapşindən üzr istədiSƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lapşinə PUL “qurban”?..

Görəndən düşünürəm ki, ermənipərəst mövqeyi ilə seçilən, Dağlıq Qarabağa Azərbaycan dövlətinin icazəsi olmadan səfər edən, yəhudi əsilli, səyahətçi-bloqer Aleksandr Lapşin, Qurban Məmmədovun efirində nə gəzir axı? Axı peşəkar provakator, olan vəkil, keçmiş media quruluş sahibinin nədir bu A.Lapşin “sevgisinin” arxasında gizlənən?

Azərbaycana Ukraynadan ekstradisiya edilib, DQ-a Azərbaycandan icazəsiz səfərinə görə məhkəməyə cəlb olunan A.Lapşini guya burada, Bakıda, “murdar cuhud” adlandırıblar. Bu ölkədə milli azlıqlara münasibət göstəricisi olan son dərəcə ağır ifadədir. Bunu bir yəhudinin dili ilə dedirtmək hətta dövlətinə qarşı cinayətdir, provakasiyadır. Konkret ünvanlara yönəlik fərdi hikkəsini, hesablaya bilməyən Q.Məmmədov bunu heç zaman hesablaya bilmir.

ZƏRURİ QEYD: Yeri gəlmişkən, Q.Məmmədov öz efirindən belə provakasiyalara tez-tez yer verir. Xatırladıram, bir qədər əvvəl, Əlikram Hümbətovu “müdafiə” edən fikir söyləmişdi. Həm də onun fəaliyyətinə olan münasibəti, Azərbaycanda yaşayan talışlara olan münasibətlə eynləşdirmişdi. Əslində isə az qala bütün dünyaya məlumdur, Ə.Hümbətov Azərbaycanda yaşayan talışarın özü tərəfindən, siyasi baxış və iddialarına görə qəbul olunmayan simadır. İndi durub da soruşan yoxdur ki, cənab Qurban, nədir törətdiyiniz bu provakasiyaların səbəbi?

Verilişində Q.Məmmədov Azərbaycan hökuməti adından A.Lapşindən üzr də istədi.

A.Lapşin isə həbsxanada cinsi təcavüzlə, başının kəsiləcəyi, diri-diri yandırılacağı ilə hədələnməsindən danışdı.

Onu da qeyd edim ki, Q.Məmədovun efirinə çıxdığı üçün ermənilər A.Lapşinə sosial şəbəkə üzərindən əməlli hücuma keçib, irad bildirib.

Gələk bütün bunlar niyə Q.Məmmədovun efirində idi sualına. Cavab A.Lapşinin FB səhifəsində tirajlanan videoyazıda çox aydın ifadə olunub:

-Mən üçüncü tərəfəm. Nə azərbaycanlıyam, nə erməni, mən yəhudiyəm. Biz sinizlə, ermənilərlə yoldaşlıq etmişik. Münasibətlərimiz də pis olmayıb. İndi məni azərbaycanlının efirində erməniləri müdafiə etməməkdə günahlandırırsınız. Birincisi, o efirdə mənim situasiyam, müzakirə olunurdu. İkincisi, mənim arvadım, azyaşlı qızımla ortada qalanda, pul tapmayanda bir-iki ailə dostumuzdan başqa kimsə ona bir dollar göndərmədi? Siz niyə məni müdafiə eləmədiniz? Və mən sizi niyə müdafiə eləməliyəm? Mən hələ həbsdən buraxılandan sonra da müdafiəmi təşkil edən vəkillərin aybaay ödənişini güclə etdim, onda siz hardaydınız? Niyə bir dəfə də olsun köməyinizi göstərmədiniz?

Çox aydın və bəllidir. Dava, PUL davasıdır!…

Yəni ermənilər, məhşur səyahətçi-bloqeri Dağlıq Qarabağa dəvət etməklə, məhşur bir simayla bağlı Azərbaycan tərəfinin atacağı addımı yaxşı hesablayıb. Təbii bunun qarşılığında A.Lapşinə pul da boyun olunub. A.Lapşinin dedikləri düşünməyə əsas verir ki, ona hətta həbs edilərsə, ailəsinin himayə olunacağı belə vəd edilib. Sonradan məhz o vəd yerinə yetirilmədiyi üçün A.Lapşin ermənilərdən incikliyini və pulunu tələb edir. Mühacir azərbaycanlının efirində onlara necə deyərlır göz dağı verir. Hətta istisna deyil ki, haqq hesaba oturmazsa, A.Lapşin elə Q.Məmmədovun efirindən ermənilərlə bağlı başqa faktlar açıqlayacaq.

Başqa bir versiya da var. Hazırda DQ-a icazəsiz səfərindən dolayı, Bakıya gətirilib həbsdə saxlanmasına etiraz edən səyahətçi-bloqer, Azərbaycanla bağlı beynəlxalq məhkəmə çəkişməsindədir. Yəni Q.Məmmədovun efirinə çıxmaqla o, Azərbaycan dövlətinə də ismarıc yollayır. Onu tənqid edə-edə narazılığını bildirir, eyni zamanda əməkdaşlığı da istisna etmir. Yəni haqqı hesaba ermənilər otuzdurmasa, işin bütün detalları Azərbaycan tərəfinin ödyəcəyi məbləğ qarşılığında azərbaycanlılara deyilə bilər ki, bu da yaxşı piar vasitəsidir.

Yeri gəlmişkən, müsahibədə də belə bir məqam var: “Mən ermənilər üçün yaxşı bir piar formatı idim. Onlar dünyaya göstərə bilərdilər ki, bir yəhudinin başına azərbaycanlılar nə oyun gətirir, biz onlarla necə yaşayaq? Onlar bunu etməyi düşünə bilmədi”. Səyahətçi-bloqer ona dəyən maddi ziyanları qarşılayan tərəflə olacağını açıq ortaya qoyub. Hər iki haldan, ermənilərin və ya azərbaycanlıların ödəyəcəyi haqqdan isə təkcə A.Lapşin yox, həm də Q.Məmmədov qazanacaq.

Bu vətənpərvərlik, dövlət, millət təəssübü deyil. Bu avropalının, qərblinin, hətta cənubun siyasi maraqlarından yararlanmaq məqsədi, provakasiya yolu ilə qurulan, siyasi satqınlığa söykənən əməlli başlı düşünülmüş, biznes plandır. Bunu nə xalq, nə dövlət bağışlamamalıdır. Hətta öz balasına da bağışlamamalıdır!

Xatırladım ki, üç il öncə Azərbaycanın beynəlxalq axtarışa verdiyi səyahətçi-bloqqer A.Lapşin Bakıya ekstradisiya olunub. Onun axtarışa verilməsi səbəbi Dağlıq Qarabağa Azərbaycan hökumətinin icazəsi olmadan, İsrail vətəndaşı kimi, qanunsuz səfər etməsi, habelə, bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırışları, eyni zamanda yazılarında Azərbaycan hökumətini təhqir eməsi idi.

Jalə Mütəllimova

20.09.2020.