Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMAbackend

Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərifreedom kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi feysbuk hesabında paylaşım edib.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı qazet.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib: “Harada saxlanılıb? Mənim məlumatım yoxdur. Hələ ki, bizə bu barədə məlumat daxil olmayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin İnterpolun Milli Mərkəzi Bürosuna göndərilib.