Qurban Qurbanov dünya reytinqində irəlilədibackend

Qurban Qurbanov dünya reytinqində irəlilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş məşqçilərin yeni reytinqi açıqlanıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 500 mütəxəssisi yer alıb.

Cədvəldə yenə Azərbaycanın bir məşqçisi yer alır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. 52 yaşlı mütəxəssis 1670 xalla 139-cu yerə yüksəlib.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də mövqeyini yaxşılaşdırıb. Bir pilləlik irəliləyişə nail olan monteneqrolu 1616 xalla 195-cidi.

Qeyd edək ki, siyahıya 2221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.