Qurd Qapısı qalmaqalı: Restoran müğənnini bağışlayıb, amma…backend

Qurd Qapısı qalmaqalı: Restoran müğənnini bağışlayıb, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qurd Qapısı” restoranı müğənni Vasif Məhərrəmlini bağışlayıb.

NOCOMMENT xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında sözügedən restoranın meneceri Orxan Abdullayev deyib. Onun sözlərinə görə, Vasif Məhərrəmli hadisə günü axşam restoranla bağlı paylaşımlarını silib: “Bir düşmənimiz var, o da ermənidir. Vasif Məhərrəmli xalqımızın nümayəndəsidir, qohumlarına, dostlarına zəng etdik, hamı onun səhv olduğunu dedi. Biz onu bağışladıq, amma barışmamışıq. Vasif müəllim də paylaşımlarını silib, adamlarına da düz hərəkət etmədiyini etiraf edib”.

Orxan Abdullayev Vasif Mərərrəmlinin hadisədən sonra restorana gəlmədiyini deyib: “Biz dəvət etmişik, amma yəqin ki, gəlməz. Çünki bizə şər atıb”.

Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Vasif Məhərəmli ilə “Qurd Qapısı” restoranı arasında mübahisə yaranmışdı. Müğənni restoranı dələduzluqda ittiham etmişdi: “Qurd qapısı restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Orda insanları soymaqla məşğul olurlar. Orada qazanılan bütün pullar haramdır. Həmin restorana verdiyim pulları halal etmirəm. Haram xoşunuz olsun. Restoranın müdiriyyəti və administratoru həm pulumu aldı, həm də üzərimə şığıdılar, az qaldılar məni öldürsünlər, onların əlindən zorla qurtuldum”.

“Qurd Qapısı” restoranının meneceri Araz Səddinov baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildirmişdi.