Quru sərhədlərlə bağlı açıqlama – Seçkidən sonra….backend

Quru sərhədlərlə bağlı açıqlama – Seçkidən sonra….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. Turizm cəhətdən yanaşsaq, bu, həm Azərbaycana gələnlər, həm də ölkədən gedənlər üçün ciddi problemdir.

NOCOMMENT.az xəbər verir ki, bunu bakupost.az-a iqtisadçı-ekspert Rəşad Həsənov quru sərhədlərin açılma ehtimalı ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib.

“Bu gün yalnız hava nəqliyyatının qalması, xüsusilə Azərbaycan kimi ölkədə əhalinin həyat tərzinə, məişətinə kifayət qədər ciddi problem yaradır. Çünki hava nəqliyyatı Azərbaycanda demək olar ki, vətəndaşların seçimləri sırasında olmayan bir nəqliyyat növüdür. Qiymətləri çox bahadır. Ona görə də quru sərhədlərin açılması vacibdir”, – ekspert bildirib.

R.Həsənovun fikrincə, seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar verilə bilər:

“Çünki sərhədlərin bağlı qalması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Sərhədlərin açılması turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olar”.