Quruyan Xəzər dənizindən EKSKLÜZİV GÖRÜNTÜLƏR – VİDEObackend

Quruyan Xəzər dənizindən EKSKLÜZİV GÖRÜNTÜLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu 2 fotodakı görüntülər arasında cəmi 7 il fərq var. Eyni ərazidə çəkilmiş fotolardan biri 2017-ci, digəri isə 2024-cü ilə aiddir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülərdə dənizin xeyli geri çəkildiyini görmək mümkündür.

Söhbət Xəzərin Pirallahı adası ilə Abşeron yarımadasını ayıran hissəsindən gedir. Vəziyyətin nə qədər ciddi olduğunun öz gözlərimizlə gördük. Su geri çəkilib, bir vaxtlar suyun altında qalan qalıqlar üzə çıxıb, gəmilər isə sahildən uzaqda liman salıb.

Hesablamalar göstərir ki, Xəzərdə suyun səviyyəsi son 6 ildə 69 sm, son 11 ildə isə 114 sm enib.

“Bəs Xəzər niyə quruyur?”

Ekoloq bildirir ki, ağır ekoloji vəziyyət canlı aləmə də ciddi ziyan vurub. Ən böyük ziyan isə suitilərə dəyib.

Anoloji vəziyyət Xəzər dənizinin Qazaxıstan və Türkmənistan hissəsinə də aiddir. 2023-cü ildə NASA problemin miqyasını göstərmək üçün Xəzərin Qazaxıstan hissəsinin 16 il əvvəl və 16 il sonra çəkilmiş iki peyk şəklini dərc etmişdi. Fotolardan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib. Kaydak körfəzi isə tamamilə quruyub.

Ekoloqlar bildirir ki, təəssüf ki, bunun qarşısını süni yolla almaq mümkün deyil. Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək isə çətindir. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.