Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldıbackend

Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

İttihama görə, Q.Q. Qusar Rayon Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində çalışıb. O, 2023-cü illərdə xəstəxananın 20 045,82 manat pulunu mənimsəyib.

Q.Q. istintaq dövründə törətdiyi cinayət əməlini səmimi etiraf edib. Bildirib ki, mənimsədiyi pulları xəstəxanaya geri qaytarıb, əməlindən peşmançılıq hissi keçirir.//Pravda.az