Qusarda əməliyyat – Baş həkim həbs olundubackend

Qusarda əməliyyat – Baş həkim həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüququ Mühafizə orqanlarının əməkdaşları Qusar rayonunda əməliyyat keçiriblər.

NOCOMMENT.az-ın məlumatına görə, əməliyyat zamanı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynalov Mübariz Ağakərim oğlu saxlanılıb.

Bakıya gətirilən baş həkim bir sıra korrupsiya və qanunsuz əməllərdə günahkar bilinir.

Xatırladaq ki, bu ilin yanvar ayında Mübariz Zeynalovun barəsində Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bakupost