Qusarda mikroavtobus aşdı, 7 yaralıdan 5-i Pakistan vətəndaşıdırbackend

Qusarda mikroavtobus aşdı, 7 yaralıdan 5-i Pakistan vətəndaşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusarda baş verən yol qəzası nəticəsində 7 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində yaralananların kimliyi məlum olub. Onların 5-i Pakistan (Muneeb Rahman, Jagdesh Kumar, Avinash Avinash, Raza Aleem, Umair Rafique,) ikisi Azərbaycan vətəndaşlarıdır (Sahil Rüstəmov və bacısı Günay Məmmədova).

***

16:25

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir.\\Lent.az