Qusarda yanan evdən meyit tapıldıbackend

Qusarda yanan evdən meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.

NOCOMMENT.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.