Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar – Psixoloqbackend

Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

“Elə işləyən valideyn var ki, evdar xanımdan daha çox uşağına vaxt ayıra bilir, daha doğriusu daha keyfiyyətli vaxt ayıra bilir. Ola bilər ki, evdar xanım 24 saatı övladı ilə keçirdir, işləyən xanım isə 12 saat keçirdir. 10-15 dəqiqəni o qədər keyfiyyətli qura bilər, o qədər gözəl ünsiyyət qura bilər ki, 24 saatdan daha üstün olar”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri psixoloq Nuriyyə Quliyeva Sonxeber.az-a uşaqların mənəvi və fiziki inkişafı ilə bağlı danışarkən deyib.
"Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar" - Psixoloq

O həmçinin qeyd edib ki, ailənin imkanı çatırsa, uşağı hər hansı idman növünə yönləndirməsi yaxşı olardı. İdman həmçinin zehni inkişafı da dəstəkləmiş olur:

“Bir valideyn övlad dünyaya gətirirsə, onu mütləq şəkildə psixoloji və fizioloji inkişafı, bioloji ehtiyaclarının təminatı üçün əlindən gələni etməlidir. İnsanlar bunu dərk edərək valideyn olmağa qərar verməlidirlər. Biz adətən düşünürük ki, bir uşağın bioloji ehtiyacını ödəmək, yedizdirmək, geyindirmək daha vacibdir. Amma valideynlər unudurlar ki, bununla yanaşı uşağın psixoloji -mənəvi tərəflərini də təmin etmək lazımdır.

Uşağın fiziki inkişafı onun hərəkətli olmağından çox asılıdır. Tədqiqatlar sübut edir ki, idman edən hərəkətli uşaqlar öz yaşıdlarına nisbətən daha uzun olurlar. Valideynlər uşaqlarla bol-bol oyunlar oynaya bilərlər. Əgər ailənin imkanı çatırsa, uşağı hər hansı idman növünə yönləndirməsi yaxşı olardı. İdman həmçinin zehni inkişafı da dəstəkləmiş olur. Bunun üçün biz psixoloqların ən çox tövsiyə etdiyi üzgüçülük, yüngül atletika və ya yüngül rəqsdir.

Deyə bilmərik ki, hər valideynin idman növlərinə, dərnəklərə, inkişaf klublarına yazdırmaq imkanı var. Bəzən bu məhdud ola bilər. Amma hər valideyn öz uşağını izləməlidir. İnternet hər kəs üşün əlçatandır. İnternetdə müxtəlif qaynaqlar var ki, valideynlər uşaq hansı bacarıqlara qabil olmalıdır, bacarıqları necə inkişaf etdirə bilər deyə mənbələri araşdırmalı və işlər aparmalıdır. İlk növbədə qeyd etdiyim kimi evdə oyunlar oynayaraq emosional inkişafı dəstəkləyə bilərlər. Uşaqınıza vaxt ayırın və onunla bol-bol oyun oynayın. Belə gözəl bir söz var:quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar . Yəni uşaqlar oynayaraq inkişaf edir, həyatı dərk edir. Ona görə bu oyunlara üstünlük verə bilərlər. Həmçinin psixoloji problemlərin də qarşısını ala bilərlər.

Elə işləyən valideyn var ki, evdar xanımdan daha çox uşağına vaxt ayıra bilir, daha doğriusu daha keyfiyyətli vaxt ayıra bilir. Ola bilər ki, evdar xanım 24 saatı övladı ilə keçirdir, işləyən xanım isə 12 saat keçirdir. 10-15 dəqiqəni o qədər keyfiyyətli qura bilər, o qədər gözəl ünsiyyət qura bilər ki, 24 saatdan daha üstün olar. Günümüzdə iqtisadi problemlər təbii ki, var. Elə ailə var ki, aztəminatlıdır, orada həm ana, həm ata mütləq işləməlidir. Bu zaman inkişafı dəstəkləmək üçün dövlət bağçaları var . Amma axşam yarım saatlıq valideynin uşaqla söhbət etməsi, vaxtını necə keçirməsi barədə danışması, onunla oyun oynaması faydalı olar”.
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar" - Psixoloq