Quterreş: Bu zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridirbackend

Quterreş: Bu zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Quterreş “Bu zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir” deyə qeyd edib.

Türkiyənin çoxlu sayda qaçqına ev sahibliyi etdiyini bildirən Quterreş, “10 ildən artıqdır ki, 3,6 milyondan çox suriyalı Türkiyədə yaşayır və onların əksəriyyəti zəlzələdə həyatını itirib.

Zəlzələ Suriyanın şimal-qərbində humanitar böhranı daha da gücləndirir. BMT əlindən gələni etməyə çalışır. Axtarış-xilasetmə qrupları, tibbi dəstək, termal yorğanlar və çoxlu həyat xilasedici əşyalar göndərdik.

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffits zəlzələdən zərər çəkmiş bölgələrə səfər edib. Hazırda Türkiyədədir. Daha sonra Qriffits Qaziantep, Hələb və Dəməşqə də səfər edəcək. Türkiyə hökumətinin yardım çağırışına bacardığımız qədər cavab verməyə hazırıq. İndi Türkiyə və Suriya xalqının ayağa qalxma zamanıdır”, – deyə o qeyd edib.

NOCOMMENT.AZ