Quterreş: “Çoxqütblü qlobal nizam qura bilərik”backend

Quterreş: “Çoxqütblü qlobal nizam qura bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya ölkələrinin yeni çoxqütblü qlobal nizam qura biləcəklərinə əminliyini ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, bu gün Soyuq müharibə dövründə mövcud olan nizam-intizam sistemlərinin çoxu məhv edilib və ya sıradan çıxıb. O, qeyd edib ki, Soyuq müharibədən sonra qısa müddət ərzində birqütblülük yaranıb.

“Nüvə tərksilahı əvəzinə, nüvə silahı ilə yenidən silahlandan danışırlar. Millətlər nüvə silahlarını daha sürətli, daha gizli və daha dəqiq etmək üçün milyardlarla dollar xərcləyirlər”, – deyən BMT rəhbəri fəlakətli ssenarinin qarşısının alına biləcəyini qeyd edib.

“Mən əminəm ki, biz beynəlxalq münasibətlərdə liderlik, tarazlıq və ədalətlilik üçün yeni imkanlara malik yeni, çoxqütblü qlobal nizam qura bilərik”,- deyə baş katib vurğulayıb.

Əvvəllər o, geosiyasi rəqabətin nüvə təhlükəsini Soyuq müharibə səviyyəsinə çatdırdığını və onu aradan qaldırmaq üçün nüvə silahlarının məhv edilməsinin zəruri olduğunu bildirmişdi.