Quterreş İsrailin mülki şəxslərə hücumunu qınadıbackend

Quterreş İsrailin mülki şəxslərə hücumunu qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzzada mülki insanlara qarşı hücumunda bütün tərəfləri münaqişəyə son qoymağa və təmkinli olmağa çağıran Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, mülki vətəndaşların tələfatına səbəb olan hücumu pisləyib.

NOCOMMENT.az xəbər verir ki, BMT baş katibinin müavini Fərhan Haqın yazılı açıqlamasına görə, Quterreş İsraili beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

İsrailin hərbi əməliyyatlarında mütənasib güc tətbiqi prinsipinə əməl etməli və mülki şəxslərə qarşı bütün tədbirləri görməli olduğunu qeyd edən Quterreş Qəzza zolağından İsrailə raket buraxılmasını da pisləyib.

Quterreş bütün tərəfləri münaqişəyə son qoymağa və təmkinli olmağa çağıraraq qadın və uşaqlar da daxil olmaqla mülki əhalinin itkisi ilə nəticələnən hücumu qınayıb.

NOCOMMENT.AZ