Quterreş: Nüvə silahı olmayan dünya mümkündürbackend

Quterreş: Nüvə silahı olmayan dünya mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş G7 Zirvə toplantısının “nüvə silahı olmayan dünya” mövzusunun reallaşdırılmasının “mümkün” olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Quterreş G7 Liderlər Zirvəsi üçün olduğu Yaponiyanın Xirosima şəhərində Kyodo Xəbər Agentliyinə açıqlamalar verib.

6 avqust 1945-ci ildə dünyanın ilk atom bombasına məruz qalan şəhərdə olmağın “emosional” olduğunu deyən Quterreş, G7 ölkələri ilə Çin arasında iqlim dəyişikliyi və davamlı inkişaf mövzusunda “aktiv dialoq və əməkdaşlıq” çağırışı edib.

BMT-nin baş katibi Quterreş “Dünyanın ikiyə bölünməsinin qarşısını almaq və ciddi danışıqlar üçün körpülər qurmaq çox vacibdir” deyə açıqlama verib.

NOCOMMENT.AZ