Quterreşin köməkçisi: Azərbaycanın COP-a sədrliyi yaxşı nəticələr vəd edirbackend

Quterreşin köməkçisi: Azərbaycanın COP-a sədrliyi yaxşı nəticələr vəd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın COP-da sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto bildirib.

Qurumun İnkişaf Proqramının (UNDP) “X” hesabındakı paylaşımında bildirilir ki, M. Neto BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəflərin müəyyənləşdirilməli olduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu məqsədlə yaşıl enerjiyə keçid edilməsi üçün trilyonlarla dollar vəsait lazımdır:

“Bununla bağlı hədəflərimizə nail olmaq üçün noyabrda Bakıda keçiriləcək COP29 sammitində əsaslı maliyyələşmə sistemi razılaşdırılmalıdır. BMT-nin İnkişaf Proqramı bu yolda Azərbaycan hökumətini dəstəkləmək niyyətindədir. Bütövlükdə beynəlxalq ictimaiyyət nəzərdə tutulan hədəflərə çatmaq üçün bizə yardım etməlidir. Bu, son dərəcə vacib məqamdır. Hesab edirəm ki, Azərbaycanın COP-a sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”.