Radanın deputatı Londonda Ukrayna danışıqlarının başlama tarixini açıqlayıbbackend

Radanın deputatı Londonda Ukrayna danışıqlarının başlama tarixini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton, Kiyev və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aprelin 22-də başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz Telegram kanalında məlumat verib.

“Məndə olan məlumata görə, sabah Londonda Ukraynadakı vəziyyətlə bağlı dinc məsləhətləşmələr başlayacaq. Ukrayna nümayəndə heyəti də iştirak edəcək. Bu, ötən həftə Parisdə keçirilən məsləhətləşmələrin davamı olacaq”, – deputat bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu tərəflərin ümumi mövqeyinin hazırlanması olacaq və bu, daha sonra Rusiya hakimiyyət orqanlarına elan ediləcək.