Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Ukraynanın taleyi və onun resursları haqqında deyil, şəxsi zəmanətlər barədə danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsarev deyib.
“Onun Trampla danışıqlar aparmağa çalışdığına şübhə yoxdur. Ukraynaya və onun resurslarına nə baş verdiyi onu maraqlandırmır. Onu ancaq şəxsi zəmanətlər maraqlandırır. Ən azı, öz kapitalını və həyatını qorumaq, ehtimal ki, Böyük Britaniyada məskunlaşmaq imkanı ilə. Yeri gəlmişkən, Zelenski hələ də Britaniya xüsusi təyinatlıları tərəfindən qorunur”, – o bildirib.