Radanın sədri seçkilərə hazırlığın başlandığını təsdiqləyibbackend

Radanın sədri seçkilərə hazırlığın başlandığını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Radanın spikeri Ruslan Stefançuk Ukraynada prezident seçkilərinə hazırlığın başlandığını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Reuters agentliyi sitat gətirir.

Onun sözlərinə görə, qarşıdan gələn seçkilərə hazırlıq başlayıb, lakin çox erkən mərhələdədir. Yerli, parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsi real olmadığından, onların ardıcıllığı ilə bağlı qərar hələ qəbul edilməyib.

Agentliyin fikrincə, münaqişə başa çatdıqdan sonra Ukrayna seçkilərin keçirilməsi şərtlərini və qaydalarını müəyyən edən qanun qəbul etməli olacaq. Stefançukun sözlərinə görə, rəsmilər, deputatlar və ekspertlər artıq bu məsələlər üzərində işləyirlər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, Kiyevin 2025-ci ilin yayında seçkilərə hazırlığı ilə bağlı məlumatlar cəfəngiyyatdır.