Rafael Cəbrayılovun həyat yoldaşı məhkəmədə çıxış edibbackend

Rafael Cəbrayılovun həyat yoldaşı məhkəmədə çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R.Cəbrayılovanın nümayəndəsi İlqar Kamızov çıxış edib.

O, iş üzrə zərərçəkmişlərin dindirilməsini istəyib: “Zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqelərini bildirəcəklər”.

Daha sonra R.Cəbrayılovun hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova istintaqdan narazı olduğunu deyib: “Zərəçəkmişlərdən eləsi var ki, borcları Rəfael Cəbrayılovun qardaşının adına yönəldiblər”.

Vəkillər məhkəmədən R.Cəbrayılovun həyat yoldaşının prosesdə dindirilməsini xahiş ediblər.

Proses dekabrın 2-nə təyin edilib.