Rahat marketlə bağlı sosial şəbəkədə şikayət yayılıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Amirqulu Hüseyn adlı vətəndaşın iddiasına görə, mağazanın müxtəlif filiallarında müştərilərə davamlı olaraq siqaret təklif olunur.
O bildirib ki, həm iş yerinin, həm də yaşadığı ərazidəki Rahat marketlərdə hər dəfə kassaya yaxınlaşanda işçilər əllərində qutu siqaret saxlayaraq “siqaret çəkirsiniz?” deyə soruşurlar:
“Gündə 3-4 dəfə getsəm, hər dəfə eyni sualı verirlər. Adamın əsəbinə toxunur. Bu, reklam və satış üsulu deyil, xüsusən də siqaret kimi məhsul üçün. Elə bil artıq bizimlə məzələnirlər. İnsanları siqaretə təşviq etmək bu qədər olmamalıdır” – deyə o, narazılığını bildirib.