İtaliyanın “RAI” yayım şirkəti Ukrayna hərbçiləri ilə birlikdə Rusiyanın Kursk vilayətinə qanunsuz daxil olan jurnalistlər Simoni Traini və Stefani Battistinini vətənlərinə geri çağırıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “RAI”-nin baş direktoru Roberto Sergio bildirib.
Onun sözlərinə görə, jurnalistlər “yalnız onların təhlükəsizliyini və şəxsi müdafiələrini təmin etmək üçün” geri çağırılıb.
Onların İtaliyaya “müvəqqəti” qayıdacaqları qeyd edilib.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti artıq Sudji ərazisində çəkiliş aparan italiyalı jurnalistlər Simoni Traini və Stefani Battistininin Rusiya dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi açıb.
Jurnalistlərin addımları ilə bağlı İtaliya səfirinə kəskin etiraz bildirilib.