Cənubi Afrika Respublikası ABŞ tərəfindən tətbiq edilən rüsumlara görə ənənəvi ixrac bazarlarından asılılığı azaltmağa çalışır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidenti Siril Ramafosa bildirib.
“Bizim iqtisadi diplomatiyamız bazarlara çıxışın təmin edilməsinə, investisiyaların cəlbinə və davamlı inkişafa yönəlib”, – deyə o vurğulayıb.
Cənubi Afrika lideri əlavə edib ki, respublika qlobal ticarətdə hüquqi normaların qorunmasına çalışır.