Ramanada kanal həddindən artıq çirklənib – ŞİKAYƏT – VİDEObackend

Ramanada kanal həddindən artıq çirklənib – ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Plastik qutular, çirkli sellofan torbalar…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Ramana qəsəbəsi, Gülçülük sovxozu adlanan ərazidən gedir.

Vəziyyət o həddə çatıb ki, bu su kanalı ona atılan zibilləri axıdıb çatdıra bilmir. Hər tərəfi qamış basıb, üfunət baş çatladır.

Sakinlərin sözlərinə görə, əvvəllər bu sudan suvarmada istifadə ediblər.

Kanalın ətrafındakı ağaclar da elektrik xətlərinə problem yaradır.

Məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, Samur-Abşeron su kanalının həmin ünvandan keçən hissəsində, kanal boyunca, xüsusi təyinatlı nəqliyyat vasitələrinin sərbəst hərəkət edə biləcəyi bütün yol qovşaqlarında tələbata uyğun olaraq tutumlar yerləşdirilib. Hər birində 2-3 ədəd tutum olmaqla, 3 yerdə tullantı meydançası var. Vətəndaşlar yalnız təyin olunmuş tullantı meydançalarında yerləşdirilmiş tutumlardan istifadə etməli, ətraf mühitin sanitariya vəziyyətinin normalara uyğun saxlanmasına dəstək olmalıdılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.