Ramazan ayı ilə əlaqədar 1025 məhbus üçün amnistiya qərarıbackend

Ramazan ayı ilə əlaqədar 1025 məhbus üçün amnistiya qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ramazan ayı münasibətilə 1025 məhbus əfv edilib.

NOCOMMENT xəbər verir ki, Prezident Mohammed bin Zayed Al Nahyan məhkumların cəmiyyətə inteqrasiyası və ailələrinin yükünün yüngülləşdirilməsi çərçivəsində amnistiya elan edib.

Əl Nəhyanın qərarı ilə Ramazan ayı öncəsi müxtəlif cinayətlərə görə məhkum olunmuş, həbsxana və islah müəssisələrində olan 1025 nəfər əfv edilib.

BƏƏ-də hər il Ramazan ayı öncəsi ailə bağlarını möhkəmləndirmək, məhbuslara ikinci şans vermək və onların cəmiyyətə inteqrasiyası üçün prezident tərəfindən amnistiya aktı verilir.