Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB – FOTObackend

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər Məscidi kompleksində, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.

Bayram namazında dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

 

***

saat 09.01

Bakıda bayram namazı qılınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, axund Hacı Faiz Nağızadənin imamətliyi ilə saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb.

***

saat 08.00

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.