Bu gün Ramazan ayının ikinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 06:03-də, ifrat vaxtı saat 18:35-dir.
NOCOMMENT.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının ikinci günün iftar duasını təqdim edir:
İftar duası: “Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.
Tərcüməsi:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur-ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Allah orucunuzu qəbul etsin!









