Ramazan bayramının namaz vaxtı açıqlandıbackend

Ramazan bayramının namaz vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da qılınacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bəzi məscidlərdə namaz saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq:

“Azərbaycanın bütün məscidlərində bu cür qərar verilib. Məscidin imamları da gələn camaatına uyğun olaraq namaz vaxtlarını seçə bilərlər, yəni istərsə, 08:00, istərsə də 09:00”.