Ramazan günlərində tünd qara çay və kofein içkilər içənlərə XƏBƏRDARLIQ – VİDEObackend

Ramazan günlərində tünd qara çay və kofein içkilər içənlərə XƏBƏRDARLIQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayının ikinci gününü yaşayırıq.

Bəs bu ayda qidalanma necə olmalıdır ?

NOCOMMENT.az xəbər verir ki, həkim-dietoloq Leyla Zülfüqarova “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, imsak və iftar vaxtı ayrı cür qidalar lazımdır.

Xüsusən də şəkərli diabet, ürək-damar, mədə-bağırsaq problemləri olanlar oruc tutanda diqqətli olamlıdırlar. Bundan başqa kəskin qidalardan uzaq durmaq lazımdır. Çünki hətta mədə-bağırsaq problemi olmayan insanlarda da müəyyən qıcıqlanmalar baş verə bilər.

Birdən-birə boş olan mədə-bağırsaq sistemini yükləmək tövsiyyə olunmur.

Mütəxəssis tövsiyə edir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq.

İftar ilə imsak arasında isə bol miqdarda su içilməsi tövsiyə olunur. Tünd qara çay və kofein tərkibli içkilərin içilməsi isə məsləhət görülmür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.