Ramazan və Novruz bayramlarından sonra iş günləri açıqlandıbackend

Ramazan və Novruz bayramlarından sonra iş günləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ramazan və Novruz bayramlarından sonrakı iş günləri ilə bağlı məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, 5 günlük iş həftəsi tətbiq olunan müəssisələrdə 31 mart iş günü hesab ediləcək.

6 günlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə 27 mart iş günü sayılacaq.

Qurum qeyd edib ki, iş rejimi mövcud əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir və vətəndaşlardan iş qrafikinə diqqət yetirmələri xahiş olunur.