Ramil Həsən kirayə pulu alır. Bəs, bu ev kimindir? – VİDEObackend

Ramil Həsən kirayə pulu alır. Bəs, bu ev kimindir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günün qəhrəmanları bəlli oldu. Onlar millət vəkilləri Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İsgəndərov, Şahin Seyidzadə, Ramil Həsən, Anar Məmmədov, Emin Hacıyevdir.

Yəni 10 deputat. Bu deputatların yaşamağa mənzilləri yoxmuş və MM-dən aylıq kirayə pulu alırlarmış. Həm də nə qədər? 220 manat.

Bu deputatların doğrudanmı 220 manat kirayə puluna ehtiyacı var?

Siz inandınızmı?

Bunlarla bağlı yəqin ki, jurnalist araşdırmaları olacaq. Ancaq bizim üçün maraqlı olan Ramil Həsəndir, çünki adı mediada həddən artıq çox hallanıb.

NOCOMMENT.az xəbər verir ki, Ramil Həsən moldovalı biznesmenin xanımı ilə ailə həyatı qurduqdan sonra ümumiyyətlə medianın gündəmində olub. Biznesmen övladını görmək üçün Bakıya gəlib, ona qızını göstərməyiblər, o da məhkəməyə şikayət edib, məhkəmə qərar çıxarıb ki, övladını biznesmenə göstərsinlər və Ramin Həsən məhkəmə icraçılarını evinə buraxmayıb və s.

Bu hadisələr barədə hər kəs məlumatlıdır. O da məlumdur ki, R.Həsən zərərçəkənin vəkili ilə kafedə danışarkən “idmançı görkəmli şəxslərlə” hərəkət etdiyi bəlli olmuşdu.

İcraçılar evinə gələrkən onun yaşam tərzi də bəlli olmuşdu, həm maşını da məlum.

Yeri gəlmişkən, bu deputatların istifadə etdikləri maşınların yarı qiymətinə Bakıda əla ev almaq olar.

Hər nəsə, Ramil Həsənlə davam edək və bu şəxsin necə bir evdə yaşadığını təkrar yada salaq.

Öz evi deyilsə, bu evdə kirayə haqqı nə qədər olar?

Kirayə mənzil bazarı haqda təsəvvürü olan hər kəsə bəllidir ki, bu cür evlərin (videosuna baxarsınız) kirayəsi aylıq 1000 manatdan başlayır və daha yuxarı gedir. Yəni Ramil Həsən 220 manata möhtacdırsa, onda niyə bu təmtəraqlı mənzildə kirayədə qalır? 1000 manat kirayəyə verirsə, demək, onun MM-in 220 manatına ehtiyacı olmamalıdır.

Və yaxud, moldovalı biznesmenin övladını özünə göstərməyəcək və icra məmurlarını qapıdan qovacaq imkanlara sahib bir millət vəkili 1000 manat kirayə verincə, deputatların kifayət qədər iri maaşını göstərib də, ipoteka ilə mənzil ala və ayda 400-500 manat ödəyə bilməzmi?

Videoya baxın, gerisini özünüz də yaxşı bilirsiniz…

axar.az