Ramil Quliyev İslamiada rekordu ilə qalib oldubackend

Ramil Quliyev İslamiada rekordu ilə qalib oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

NOCOMMENT.az xəbər verir ki, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib.

Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb.

Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb.

Qeyd edək ki, Ramil Quliyev həm də 200 metr məsafəyə qaçışda 20,24 saniyə nəticə ilə gümüş medal qazanıb. Onun həyat yoldaşı Yekaterina Quliyev isə 800 metr məsafəyə qaçışda qızıl, 1500 metr məsafəyə və 4X400 metr məsafəyə estafet qaçışında gümüş medal əldə edib.