Ramil Usubovun töhmət verdiyi polkovnik rəis oldubackend

Ramil Usubovun töhmət verdiyi polkovnik rəis oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu polis polkovnik-leytenantı Xəlil Səfərov oktyabr ayının 10-da rəis vəzifəsindən azad olunub.

NOCOMMENT.az MediaPost-a istinadən xəbər verir ki, 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Onun yerinə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov təyin olunub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi vəzifəsinə isə polkovnik Elxan Rüstəmov təyin edilib.

Qeyd edək ki, E.Rüstəmov son vəzifəsinə qədər həmin bölmənin Cinayət Axtarış şöbəsinin rəisi vəzifəsində çalışıb. Sabiq Daxili İşlər naziri Ramil Usubov 2014-cü ilin oktyabr ayında Elxan Şulan oğlu Rüstəmova Qaradağ Rayon Polis Şöbəsinin müavini vəzifəsində çalışanda töhmət vermişdi.