Ramin Bayramlı: Koronavirus payızda daha təhlükəli ola bilərbackend

Ramin Bayramlı: Koronavirus payızda daha təhlükəli ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola bilər.

NOCOMMENT xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bütün dünya ölkələrinə payız aylarına hazırlıqla bağlı tövsiyələr verir: “Dünya ölkələri hazırlıq işlərini görürülər. Çünki xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa formada mutasiyaya uğrama ehtimalını nəzərə alsaq, bu virusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən yükü artıra bilər”.

R.Bayramlı qeyd edib ki, hazırda İtaliya və Çindən gələn nümayəndələrlə birlikdə gələcək planlar üzrərində iş aparılır.