KoronaVirus İnformasiya Portalı
Ramin Bayramlı yeni direktor təyin etdibackend

Ramin Bayramlı yeni direktor təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna Allahverdi Aydın oğlu Musayev direktor vəzifəsinə təyin edilib.

Bu barədə NOOMMENT.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Allahverdi Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb. Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyyəsi, Mərkəzi Neftçilər Xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.