Ramin Məmmədov deputat mandatından məhrum edilirbackend

Ramin Məmmədov deputat mandatından məhrum edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı sərəncamla Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.