Ramin Quluzadə: Cisco ilə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirikbackend

Ramin Quluzadə: Cisco ilə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə videokonfrans təşkil edilib.

Bu barədə NOCOMMENT.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Videogörüşdə Azərbaycan tərəfi ilə yanaşı, “Cisco”nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Conatan Sparou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün “Rəqəmsallaşdırma proqramı”nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.

Videotədbirdə çıxış edən R.Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi-ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən Prezident və digər hökumət təşkilatları üçün videokonfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə “Cisco” şirkətinin rəhbərliyinə təşəkkür edib. O, bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru V.Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.

“Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığımızın daha da genişləndirilməsi vacibdir. Hazırda şirkətinizlə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik. Bu layihələrin həyata keçirilməsi ölkədə innovativ texnologiyaların inkişafında mühüm rol oynayır”, – deyə R.Quluzadə əlavə edib.

“COVID-19” pandemiyası zamanı vacib vasitə olan videokonfranslar üçün “Connected Government” layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin “Cisco” şəbəkə texnologiyalarından və “Azcloud” platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”un özəl şirkətlər və dövlət orqanları üçün “Cisco” Görüş Serveri həlli mövzusunda “VCaaS” adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə çatdırıb. Həmçinin xidmətin gələcəkdə uğurla davam etdirilməsi üçün onun lisenziya müddətinin uzadılmasını nəzərdən keçirmək təklifi ilə çıxış edib.