Ramiz Mehdiyev villasını bu məbləğə satdıbackend

Ramiz Mehdiyev villasını bu məbləğə satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Göyçay rayonunun Hüngütlü kəndində yerləşən dəbdəbəli villasını satıb.

Sabiq məmurun bir il əvvəl satışa çıxardığı mülk yeni sahibinə 3 milyon manata başa gəlib.

NOCOMMENT yenisabah-a istinadən xatırladır ki, mətbuatda çox hallandırılan bu villanı akademikə bir neçə il əvvəl keçmiş nəqliyyat naziri Ziya Məmmədov hədiyyə etmişdi.

Təxminən 10 hektar ərazidə yerləşən villanın 4 iri qapısının olduğu bildirilir. Mülkün yerləşdiyi ərazinin divarları mişar daşı ilə tikilib, sirli bir qalanı xatırladır. Həmin ərazidə keçmiş nazir Ziya Məmmədovun özünün də dəbdəbəli villasının olduğu deyilir.

Əldə etdiyimiz məlumata görə, villanın satışı ilə bağlı rəsmi prosedur Ramiz Mehdiyevin kürəkəni, iş adamı İlham Əliyevin vasitəsilə həyata keçirilib. Villanın satışa çıxarılmazdan əvvəl hərtərəfli təmir olunduğu söylənilir: “Evdə bir neçə ildir yaşayış yox idi, buna görə də villanın divarlarında bəzi yerlərdə suvaq tökülmüşdü, nəmişlik tavanda və döşəmədə müəyyən fəsadlara səbəb olmuşdu. Buna görə də villa satışa çıxarılmazdan əvvəl yüksək səviyyədə təmir olundu”.

Məlumatlı şəxs deyib ki, mülkün yeni sahibi Bakıda yaşayan tanınmış iş adamlarından biridir. Onun keçmiş nazir Ziya Məmmədova yaxın olduğu bildirilir. Z.Məmmədov yad adamla qonşu olmaq istəmədiyi üçün evi vaxtilə çətiri altında olmuş iş adamlarından birinə təklif edib.

Yenicə təmirdən çıxmış villada hazırda heç kim yaşamır. Ərazi mülki geyimli mühafizəçilər tərəfindən ciddi şəkildə qorunur.