Əməkdar jurnalist sosial şəbəkədə qalmaqallı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, o, öz “Facebook” hesabında illər öncə bəzi şəxslərə qarşı apardığı mübarizədən yazıb.
“2019-cu ildən bunlara qarşı mübarizə apardım. Hələ o vaxt yeni açdığım saytda bu sifətləri kəskin tənqid edirdim. Başım çox ağrıdı bunlara görə. Amma içimdə bir inam var idi ki, gec-tez onlara ‘dur’ deyiləcək. Bəli, Əli Həsənov və Ramiz Mehdiyev cütlüyü dövlət çevrilişi etmək istəyirdilər”, – deyə jurnalist bildirib.
O, paylaşımında əlavə edib ki, məsələ ilə bağlı yaxın günlərdə geniş məqalə dərc olunacaq və Əli Həsənov barədə yeni detallar açıqlanacaq.