Ramiz Mehdiyevin gəlini DİM-i məhkəməyə verib?backend

Ramiz Mehdiyevin gəlini DİM-i məhkəməyə verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) məhkəməyə verilib.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Mehdizadə Nigar İsmayıl qızıdır.

İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Nigar Mehdizadənin verdiyi bildirilir.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Elvin Əliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.

İddiaçının ad, soyad və ata adı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinin ad, soyad və ata adı ilə üst-üstə düşür. Bəzi iddialara görə, iddiaçı elə Ramiz Mehdiyevin gəlinidir.