Ramiz Mehdiyevin köməkçiləri kimlərdir? – FOTObackend

Ramiz Mehdiyevin köməkçiləri kimlərdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın prezidenti Ramiz Mehdiyevin köməkçilərinin sayı və kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, KONKRET.az-ın araşdırmasına görə, Ramiz Mehdiyevin 7 köməkçisi var.

Onun köməkçi heyəti aşağıdakılardır:

1) Eldar Əmirov – AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
2) Həcər Vəliyeva – AMEA prezidentinin köməkçisi
3) Arzu Əlizadə – AMEA prezidentinin köməkçisi, kimya üzrə fəlsəfə doktoru
4) Ələddin Məlikov – AMEA prezidentinin köməkçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent
5) Şahin Yəhyayev – AMEA prezidentinin köməkçisi
6) Natiq Allahverdiyev – AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşaviri
7) Toğrul Muradov – AMEA prezidentinin qəbul otağının elmi katibi, riyaziyyat elmləri doktoru, dosent

Qeyd edək ki, Ramiz Mehdiyevin əsas köməkçisi Eldar Əmirovdur. O, 1985-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə Kiyev Kadrların İdarəedilməsi Akademiyasında Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

Eldar Əmirov