Ramiz Mehdiyevin kürəkəni belə qandallandıbackend

Ramiz Mehdiyevin kürəkəni belə qandallandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Abşeron rayon Məhkəməsində keçirilən prosesdən sonra sabiq deputat İlhаm Əliyev əlləri qandallı şəkildə jurnalistlərin qarşısına çıxarılıb.

NOCOMMENT xəbər verir ki, o, sadəcə susaraq dayanıb.

Sabiq deputat “peşmansınızmı?” sualına cavab verməkdən imtina edib

Xatırladaq ki, bu gün İ.Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb. Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.