Ramiz Mehdiyevin kürəkəni yenidən məhkəmə qarşısına çıxırbackend

Ramiz Mehdiyevin kürəkəni yenidən məhkəmə qarşısına çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.

NOCOMMENT xəbər verir ki, yeniavaz-ın əldə etdiyi məlumata görə, İlham Əliyevə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı avqust ayının 16-da Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyilə hazırlıq iclası keçrilib. Növbəti məhkəmə iclası sentyabr ayının 1-nə təyin olunub.

Məhkəmə iddiasının müqavilənin ləğv olunması ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəninə qarşı iddia İbrahimov Mənsur Nəmətulla oğlu tərəfindən qaldırılıb. Məhkəmə prosesində maraqlı şəxs kimi “Dostluq-MK” MMC adlı şirkət də iştirak edir.

Məlumat üçün bildirək ki, İlham Əliyev Azərbaycan Milli Məclisinin IV və V çağırış (2010-2020-ci illər) deputatı olub. Mehdiyevin kürəkəni həm 2010, həm də 2015-ci illərdə 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. Məhkəmədə maraqlı tərəf kimi iştirak edən “Dostluq-MK” MMC də İlham Əliyev deputat seçildikdən qısa müddət (4 ay) sonra – 18.03.2011-ci ildə Şabran rayonunun Gəndob kəndində qeydiyyata alınıb. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, İlham Əliyev “Dostluq-MK” MMC vasitəsilə Gəndob kəndi ərazisində kənd təsərrüfatı fəaliyyətilə məşğul olub. Kənd sakinləril iə İlham Əliyev arasında dəfələrlə torpaq mübahisələri yaşanıb.

Onu da bildirək ki, 2 ilə əvvəl – 18 avqust 2020-ci il tarixində ölkədə sərt karantin rejiminin olmasına baxmayaraq İlham Əliyev qızına toy mərasimi keçirib. Ramiz Mehdiyevin və tanınmış şəxslərin iştirak etdiyi toy mərasimi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. İlham Əliyev isə karantin qaydalarını pozduğu üçün Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.