Ramiz Mehdiyevin qızına məxsus milyonluq bina müsadirə edildibackend

Ramiz Mehdiyevin qızına məxsus milyonluq bina müsadirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi başa çatıb.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün Ali Məhkəmə son qərarını açıqlayıb.

Yüksək instansiya məhkəməsi təsdiq edib ki, nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir. Bu səbəbdən kassasiya şikayəti rədd edilib. “Baku Oksford Məktəbi” rəsmən müsadirə edilmiş hesab olunub.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası dəfələrlə hərraca çıxarılsa da, satılmayıb.

Sonuncu dəfə ötən ilin 28 oktyabr tarixində baş tutan hərracda binanın start qiyməti 18 milyon 527 min 250 manat olub. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edirdi.