Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verilibbackend

Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə kompleks yoxlamalardan sonra vəzifəsindən çıxarılaraq sərəncama götürülən Suraxanı RPİ 31-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı İman Mehdiyevə yeni vəzifə verilib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İman Mehdiyev nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Bölmə rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı RPİ-yə rəis təyin edilən Süleyman Nemətov idarəyə kompleks yoxlama çağırmış və nəticədə bir sıra yüksək rütbəli polislər vəzifədən çıxarılaraq sərəncama götürülmüşdü. Onlardan biri də 31-ci Polis Bölməsinin rəisi İman Mehdiyev idi.

İ.Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin qohumu, qardaşı oğlu olduğu bildirilir.