Son günlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verən hadisələr ölkə gündəmini zəbt edib.
NOCOMMENT.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev barəsində 4 aylıq həbs qərarı verilən və dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı bəzi sensasion məqamları KONKRET.az-a açıqlayıb.
O bildirib ki, Ramiz Mehdiyev uzun illər dövlətin inkişafını ləngidib və paralel idarəetmə sistemi formalaşdırıb:
“Mən bütün bunları 2010-cu ildə demişəm, indi hamısı təsdiqini tapıb. Azərbaycan dövlətinin inkişafını tormozlayan Ramiz Mehdiyev olub. O, dövlət içində dövlət yaradıb. Harada azərbaycanlı olmayan, milli mənsubiyyəti şübhəli insanlar varsa, hamısını vəzifəyə gətirib”, – deyə MMP sədri vurğulayıb.
Hacıyev həmçinin iddia edib ki, Mehdiyevin yaxın çevrəsində vəzifəyə gətirilən şəxslərin bəziləri erməni əsilli olub:
“Qayını Qukasyanı o vaxt Daxili İşlər Nazirliyin pasport qeydiyyatı şöbəsinə vəzifəyə gətirmişdi. O isə Bakıda yaşayan ermənilərin soyadlarını dəyişdi vəzifəyə yerləşdirdi. Bu gün məmurların yoldaşlarının bir çoxu ermənidir. Baş nazirin müavinlərindən birinin həyat yoldaşı da erməni idi. Mən bunları vaxtında demişəm”, – deyə o, qeyd edib.
Partiya sədri həmçinin bəzi hazırkı məmurların və deputatların da keçmişdə Ramiz Mehdiyevlə sıx əlaqədə olduğunu bildirib:
“Bugün Milli Məclisdə deputat olan Mübariz Qurbanlı, Dini Komitədə onun müavini işləmiş Səyyad Aran və digərlərini qeyd edə bilərik. Çoxlu sayda icra başçıları var ki, ikili oyun oynayırlar”, – Hafiz Hacıyev deyib.
O, həmçinin vurğulayıb ki, Ramiz Mehdiyevin ətrafında olan insanlar təmizlənməyənə qədər dövlət strukturlarında səmərəli işin bərpası çətin olacaq.