Ramiz Zeynalovla bağlı müəmma – Xidmət müddəti niyə artırılmır?backend

Ramiz Zeynalovla bağlı müəmma – Xidmət müddəti niyə artırılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daxili İşlər Orqanlarında xidmət keçmənin əsasları 29 iyun 2001-ci il tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədir. Qeyd olunan əsasnamənin 135-ci maddəsində daxili işlər orqanlarında xidmətdən xaric olunmanın bir necə əsası mövcuddur və bu əsaslardan biri də istinad olunan maddənin 5-ci bəndində nəzərdə tutulan xidmətdə olmanın son yaş həddinə catma ilə bağlıdır. Əsasnamənin 137-ci maddəsində isə Daxili İşlər Orqanlarında rütbəsindən asılı olaraq xidmət keçmənin son yaş həddi müyyən edilərək Ali rəis heyətinə (polis-general mayoru, polis-general leytenantı və polis general polkovniki) aid polis əməkdaşlarının xidmətdə olmanın son yaş həddi müəyyən edilib. İstinad olunan əsasnamənin 137-ci maddəsinin 3-cü bəndinə əsasən ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar – polis general-mayoru, tibb xidməti general-mayoru, polis general-leytenantı xüsusi rütbələrində – 60 yaş, polis general-polkovnikində isə 65 yaş xidmətdə olmanın son yaş həddi kimi müəyyən edilib. Həmin yaş həddinə catmış Daxili İşlər Orqanları əməkdaşları yuxarıda istinad olunan maddələrə əsasən Daxili İşlər Orqanlarından, yəni xidmətdən xaric edilməlidirlər.”

NOCOMMENT.az xəbər verir ki, bunu Gundem.az-a açıqlamasında hüquşünas Seymur Yusifli bildirib.

S.Yusifli, həmçinin bildirib ki, qeyd olunan əsasnamənin 139-cu maddəsinə əsasən, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda işlədiyi son beş ildə xidməti vəzifələrinin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasına məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan böyük, orta və kiçik rəis heyəti (burada polis serjantı heyətləri nəzərdə tutulur) vəzifələrində işləyən əməkdaşlarının xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Daxili İşlər Orqanları tərəfindən beş ilə qədər artırıla bilər. Maddənin də təhlilindən göründüyü kimi, xidmət müddətini artırma yalnız böyük, orta və kiçik rəis heyətlərinə şamil olunur. Ali rəis heyəti ilə bağlı burada hər hansı qeyd olmadığından həmin müddətin artırılmasından danışmaq olmaz”.

Qeyd: Mayın 26-da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayor Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatmasına baxmayaraq o hələ də xidməti vəzifəsini icra etməyə davam edir.