Ukrayna gələcək “Ramştayn” formatlı iclasda Qərb tərəfdaşlarından yeni hava hücumundan müdafiə (HHM) sistemləri tələb etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Prezidenti Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.
O bildirib ki, görüşdə Ukrayna tərəfini müdafiə naziri Denis Şmıqal təmsil edəcək. Zelenski qeyd edib ki, hava hücumundan müdafiə qüvvələrinin gücləndirilməsi bu görüşün və ümumiyyətlə, Kiyevin Avropa və ABŞ-dakı təmasları üçün bir nömrəli məqsəddir.
Ukrayna prezidenti əlavə edib ki, Şmıqalla Ukrayna Silahlı Qüvvələrinin 2026-cı il üçün ehtiyaclarını müzakirə edib.