Rapidus Yaponiyada çip istehsalı zavodu tikəcəkbackend

Rapidus Yaponiyada çip istehsalı zavodu tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın yarımkeçirici çip konsorsiumu olan Rapidus, ölkənin şimalındakı Hokkaydo bölgəsində çip istehsalı müəssisəsi quracağını açıqladı.

NOCOMMENT xəbər verir ki, Ar-Ge sahəsi də daxil olmaqla 5 trilyon yen (37 milyard dollar) büdcə ayrılacaq investisiya çərçivəsində iki nanometr çip istehsalı hədəflənəcək.

Yaponiya hökuməti tərəfindən dəstəklənən və Toyota və Sony də daxil olmaqla 8 yapon şirkətinin iştirak etdiyi Rapidus konsorsiumu 2022-ci ilin avqustunda yaradılıb.